ABŞ-da Prezident Donald Trampın 234 səhifədən ibarət maliyyə bəyannaməsi dərc edilib.
Musavat.com xəbər verir ki, bəyannaməyə görə, Tramp bir çoxunun dəyəri on milyonlarla dollar olan onlarla dəbdəbəli əşyalar və biznes təşəbbüslərindən, həmçinin onun adını daşıyan gitara, İncil nəşrləri və saatların satışından gəlir əldə edir.
Sənədlərdə deyilir ki, siyasətçi 2024-cü ildə oğulları Erik Tramp və kiçik Donald Trampın rəhbər vəzifələrdə çalışdığı World Liberty Financial kripto layihəsindən 57 milyon dollardan çox gəlir əldə edib. Bu, bəyannamədə göstərilən ən böyük gəlir mənbələrindən biridir.
Bundan əlavə, dövlət başçısı “Amerikanı xilas et” kitabının satışından 3 milyon dollar, idman ayaqqabısı və ətirlərdən 2,5 milyon dollar, saatlardan 2,8 milyon dollar, İncil nəşrlərindən 1,3 milyon dollar, gitaralardan 1,05 milyon dollar gəlir əldə edib.
Musavat.com