AZ

38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var - FOTO

BAKI, 13 iyun. TELEQRAF

Rusiyada qanuni oğru kimi tanınan 38 nəfər məhkum edilib.

Teleqraf-ın xəbərinə görə, məhkum olunanlar arasında azərbaycanlı avtoritetlər də var.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (Cinayət iyerarxiyasında yüksək mövqe tutma) maddəsi üzrə bu günə qədər 38 nəfər — özlərini "qanuni oğru" kimi təqdim edən və ya bu titula iddialı olan şəxslər məhkum edilib.

Məhkum edilənlər bunlardır:

Sezar, Novik, Osetrina-Mladşiy, Maxo Tbilisski, Dato Krasnodarski, Kolya Tomski, Ömər Ufimski, Şamil, Oqonyok, Sumbat, Zyava, İrakli Rostovski, Beso Rustavski, Alxas Qudautaski, Artur Rostovski, Artem Lipetski, Tenqo Potiyski, , Çirkaç, Volçok Krasnodarski, Panço, Koba Krasnodarski, Musa-İnquş, Kostya Kanski, Rəşad Gəncinski, Roma Krasnodarski, Rəşid Cambulski, Radik Çiça, Türk, Apakela, Lekha Semipalatinski, Hacı Beyləqanski, Qoça Patsua, Vitya Çorni, Suxaç, Dato-Svan və Vova Puxliy.

Məhkəmənin hökmü ilə bəzi şəxslərə əvvəlcə bəraət verilsə də, sonradan azadlıqdan məhrum ediliblər.

Tenqo Potiyski, Kolya Tomski, Kostya Kanski, Əhməd Sutulı, Vitya Çerni, Dato-Svan və Stepa Murmanski ilkin mərhələdə bəraət alıblar.

Lakin Kolya Tomski, Kostya Kanski və Dato-Svan sonradan real cəza müddəti ilə azadlıqdan məhrum olunublar. Qiyabi olaraq məhkum edilən Əhməd Sutulı və Vitya Çerni axtarışa verilib.

Stepa Murmanskinin işinə məhkəmədə yenidən baxılır.

Hazırda fərqli regionların məhkəmələrində daha 8 nəfər "qanuni oğru"nun işi araşdırılır. Xobot, Giya Samtredski, Rams, Puzyr, Volçok Tverskoy, Şalva Xonski, Vasya-Bandit və Şalva Tbilisski mühakimə olunurlar.

Bundan başqa Kurskdan olan qanuni oğru Vitya Pan ilə bağlı istintaq davam edir.

Daha sonra hökmdə qeyd olunub ki, bu işdə mühakimə olunan çeçen milliyətindən olan Ömər Ufimski səhhətinə görə azadlığa buraxılıb.

Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsinin tətbiqi nəticəsində azadlıqdan məhrum edilmiş dörd "qanuni oğru" Dato Krasnodarski, Alxas Qudautski, Apakela və Lekha Semipalatinski cəzalarını çəkdikləri müəssisələrdə vəfat ediblər.

Seçilən
21
teleqraf.com

1Mənbələr