Bakı. Trend:
Yaxın həftələrdə neft qıtlığı ilə bağlı real təhlükə yoxdur.
Bunu Trend-ə YaxınŞərq geosiyasəti üzrə mütəxəssis, enerji sektoru analitiki,Hollandiyanın “VEROCY” risklərin idarəolunması üzrə konsaltinşirkətinin tərəfdaşı, “Berry Commodities” şirkətinin risklərinqlobal strategiyası üzrə direktoru Siril Viddershoven bildirib.
Onun sözlərinə görə, təcili riskləri açıq-aşkardır: əgər İsrailkarbohidrogen infrastrukturu obyektlərinə, ələlxüsus da Harqadasındakı terminallara, İrandan neft və qaz ixracıinfrastrukturuna zərbələr endirsə, bu İranın imkanlarını ciddişəkildə məhdudlaşdıra və ya onun axırına çıxa bilər.
“Lakin hələlik bu baş verməyib. Hazırda yeganə real təhdidbölgədəki qeyri-sabitlikdir ki, bu da daşıyıcılar və treyderlərtərəfindən sakit qarşılanmayacaq. Qiymətlər yüksələcək, amma budaha çox emosional reaksiyalar və qaranlıq ssenarilərlə bağlıdır.Bununla belə, bazar fundamentalları hələ də güclüdür və yaxınhəftələrdə real neft qıtlığı gözlənilmir. İran qarşıdurmanıgücləndirsə, hər şey dəyişə bilər, belə olan halda İsrail neft-qazsənayesinə, gəmiçiliyə və digər enerji sahələrinə mütləq zərbələrendirəcək”, – deyə ekspert əlavə edib.
Viddershoven həmçinin mümkün, regional səviyyədə daha genişfəsadlarla bağlı xəbərdar edib.
“İranın mümkün addımlarından biri ərəb ölkələrində yerləşən Qərbhərbi bazalarına hücum ola bilər belə ki, Tehran hücumlarınarxasında ABŞ-ın dayandığını düşünür, baxmayaraq ki, butəsdiqlənməyib və şəxsən mən buna şübhə ilə yanaşıram. Əgər İranAmerika qüvvələrinə və ya donanmasına zərbə endirsə, vəziyyət yenimərhələyə qədəm qoyacaq. Bu zaman Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreynərazisindəki obyektlər və Qətərdən mayeləşdirilmiş təbii qaztədarükü təhlükə altına düşə bilər. İranın İraqda da təsiri qalır,buna görə oradakı neft və qaz tədarükü də təhlükə altına düşəcək vəbu, dünya təklifinin azalmasına gətirib çıxaracaq”, – deyə təhlilçibildirib.
O, təhdidlərə rəğmən hələ ki, İranın radikal addımlar atmadığınıvurğulayıb:
“Hələ ki, yox. İran təhdidlər səsləndirir, amma unutmayaq ki,neft onun iqtisadiyyatının həyati-əhəmiyyətli arteriyasıdır. Biranalitik deyirdi ki, Hörmüz boğazı İranın "ağciyəridir": əgər buboğaz bağlansa, ölkə boğular. Bununla yanaşı, hadisələr başqanöqtələrdə də inkişaf edə bilər, Qırmızı dənizdə, Afrikasahillərində, Bab-əl-Məndəb boğazı ətrafında. İranın SEPAH-a (İslamİnqilabı Keşikçiləri Korpusu) bağlı proksi qrupları və müştərilərivar və onlar fəaliyyət göstərməyə hazırdır”, – deyə Viddershovenqeyd edib.
Viddershoven Hörmüz boğazının bağlanmasının potensialfəsadlarından da söz açıb:
“Əgər Hörmüz boğazı bağlanarsa, bu zaman Qərb və Asiya neftemalı zavodları üçün olduqca vacib olan, yüksək keyfiyyətli OPEKneftinin əhəmiyyətli hissəsi əlçatmaz olacaq. Bu, SəudiyyəƏrəbistanı, BƏƏ, İraq, Küveyt və Qətərdən əsas tədarüklərə aiddir.Oman bundan zərərçəkməyəcək, Səudiyyə Ərəbistanı və BƏƏ-dən müəyyənhəcmləri yönləndirmək mümkün olacaq, lakin bu tam həcmi əhatəetməyəcək”, – deyə o izah edib.
Strateji hazırlıq məsələsinə gəldikdə isə ekspert bunları qeydedib:
“Belə hazırlıq olmalıdır. Beynəlxalq Enerji Agentliyi (İqtisadiƏməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin enerjitənzimləyicisi) üzv ölkələrdəki neft və neft məhsulları üzrəstrateji ehtiyatlara nəzarət edir. Bu ehtiyatlar təxminən 160günlük tam tələbatı qarşılamağa kifayət edir. Asiyada Çin böyükehtiyatlara sahibdir, Hindistan məsələsi açıq qalır, hələ ki, o,qıtlığı tam kompensasiya edə bilmir. Xoşbəxtlikdən, ərəb OPEKölkələri və İranın nefti artıq dünya miqyasında əvvəlki qədər böyükpaya sahib deyil”, – deyə ekspert yekunlaşdırıb.