İsrail ordusu İranın İsfahan şəhərində yerləşən Uran metal istehsalı zavodunun məhv edildiyini açıqlayıb.
Axar.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi həmçinin zənginləşdirilmiş uranın təkrar emalı infrastrukturunun və laboratoriyanın məhv edildiyini də bildirib.
Qeyd edilib ki, İsrail Hava Qüvvələri İrandakı hədəfləri vurmağa davam edir. İsfahandakı nüvə obyektinə ötən gün axşam saatlarında zərbə endirilmişdi.