BAKI, 14 iyun. TELEQRAF
İran rəsmi olaraq nüvə proqramı ilə bağlı danışıqlardan çıxdığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsüİsmail Bəqayi bildirib.
Onun sözlərinə görə, ABŞ-nin İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara dəstək verməsi fonunda danışıqların davam etdirilməsinin heç bir mənası qalmayıb.
"Tərəflər arasında yaranan etimadsızlıq səbəbindən Tehran prosesi dayandırmaq qərarına gəlib",- o qeyd edib.