AZ

Sabirabad rayonunda uşaq əməyinin istismarı ilə mübarizəyə dair polis əməkdaşları üçün təlim keçirilib - FOTOLAR

13 iyun 2025-ci il tarixində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları – sahə müvəkkilləri və uşaq inspektorları üçün İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyası tərəfindən “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda məlumatlandırıcı təlim təşkil edilib.
 

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi və “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təmsilçiliyi ilə həyata keçirilən təlimdə 19 nəfər polis əməkdaşı iştirak edib.
 

Təlimin əsas məqsədi uşaq əməyinin istismarı anlayışı və formaları, eyni zamanda baş verə biləcək neqativ halların müəyyən edilməsi və bu hallarda təhlükəsizliyin təmin olunması məqsədilə preventiv tədbirləri dəstəkləyən indikatorlar barədə iştirakçıları məlumatlandırmaqdan ibarət olub. İnteraktiv formatda keçən təlim zamanı polis əməkdaşları öz təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar.
 

Təlimçi Nailə İsmayılova və Samirə Mustafayeva İnsan Alverinə qarşı Mübarizə üzrə növbəti təlimlərini Ağdaş və Göyçay rayonlarında həyata keçirəcəklər. Təlim zamanı polis əməkdaşlarına sorğu anketləri təqdim olunub. Sorğuya verilən cavablar onların təlimdəki aktivliyini əks etdirib.


Təlimin sonunda iştirakçılar bu sahədə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin və müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
17
qht.az

1Mənbələr