Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
İranın İsrailə cavab raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 70 nəfər yaralanıb.
"Report” xəbər verir ki, bu barədə "The Jerusalem Post” təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Daha əvvəl İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində 1 nəfərin öldüyü, 63 nəfərin yaralandığı bildirilirdi.
09:05
İsrail ərazisinə İranın səhər hücumu nəticəsində azı 21 nəfər yaralanıb, iki nəfər isə ölüb.
"Report" xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı Milli Tibb Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, təxminən 30 yaşlı kişi aldığı xəsarətlərdən keçinib, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş daha bir qadın da sağ qalmayıb.
Xidmət həmçinin qeyd edib ki, zərbələr nəticəsində azı altı bina dağıdılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.