AZ

İranın raket hücumu nəticəsində İsraildə 4 nəfər həlak olub, 70-dən çox yaralı var

Bakı. Trend:

İranın İsrailə endirdiyi ballistik raket zərbələri nəticəsində 4nəfər ölüb, 70-dən çox insan yaralanıb.

Trend xəbər verirki, bu barədə “Jerusalem Post” nəşri məlumat yayıb.

Zərərçəkənlərlə yanaşı, raket zərbələrinin Təl-Əviv vəRamat-Qanda geniş-miqyaslı dağıntılara səbəb, dağıntılar altındadaha çox insanın qala biləcəyi ilə bağlı narahatlıqların olduğudeyilir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dənçox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb,bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
6
2
az.trend.az

3Mənbələr