Tel-Əviv hərbi dairəsinin komandanı İranın hücumlarından böyük ziyan dəydiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi Telegram kanalı məlumat yayıb.
"Həlak olanların sayı nisbətən azdır, böyük dağıntıları nəzərə alsaq, onların hamısı cüzi yaralanıb", - komandir qeyd edib.
O, mülki əhali üçün göstərişlərə əməl etməyin vacibliyini vurğulayıb.