"Bavariya"dan Leroy Saneni transfer edən "Qalatasaray" Münhen klubunun digər futbolçuları Saşa Boe, Leon Qoretska, Kim Mun Ji və Kinqsli Komanla da maraqlanır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu futbolçular növbəti mövsümdə "Bavariya"nın əsas planlarında yer almır. Türkiyə çempionu Sanedən sonra onlarla da danışıqlar aparır. Hələlik müsbət nəticələr olmasa da, "Qalatasaray" Çempionlar Liqasında uğur qazanmaq üçün heyətini gücləndirməyi planlaşdırır.
Qeyd edək ki, Leroy Sané 2 gün əvvəl "Qalatasaray"la 3 illik müqavilə imzalayıb.
Milli.Az