AZ

Baş Dövlət Yol Polisi İdarəsindən “Son zəng” öncəsi XƏBƏRDARLIQ

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng” öncəsi əhaliyəxəbərdarlıq edib.

Trend xəbərverir ki, xəbərdarlıqda deyilib:

"Bu gün ümumtəhsil müəssisələrində keçirilən “Son zəng”tədbirləri ilə əlaqədar yol polisi əməkdaşları ölkə üzrəgücləndirilmiş iş rejimdə xidmət aparır, hərəkət iştirakçılarınıntəhlükəsizliyinə ciddi nəzarət olunur.

Təəssüf ki, əvvəlki illərin təcrübəsi göstərir ki, bəzənməzunlar ailə üzvlərinə məxsus avtomobillərin sükanı arxasınakeçərək həm özləri, həm də digərləri üçün təhlükə yaradır. Beləhallar yalnız qanun pozuntusu deyil, eyni zamanda həyat vəsağlamlıq üçün ciddi riskdir.

Bu xüsusda valideynlərə və məzunlara bir daha xatırladırıq:Nəqliyyat vasitələrinin sürücülük hüququna malik şəxslər tərəfindənidarə olunması qanunvericiliyin tələbidir və bu qaydaya əməledilməsi hər bir kəsin həm hüquqi, həm də mənəviməsuliyyətidir".

Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng” tədbirləri ilə bağlıbir daha xəbərdarlıq edir:

- Sürücülük hüququ olmayan şəxsin nəqliyyat vasitəsi idarəetməsi inzibati məsuliyyət yaradır;
- Belə hallara şərait yaratmaq yolverilməz və məsuliyyətsizdavranışdır;
- Səs-küylü, təhlükəli, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadəedən hərəkətlərə qarşı nəzarət daha da gücləndiriləcək.

"Bu əlamətdar gün münasibətilə bütün məzunlarımızı ürəkdəntəbrik edir, onlara gələcək həyat yollarında uğurlararzulayırıq.

Tövsiyələrə əməl edək ki bir günün ehtiyatsızlığı bir ömürpeşmanlığına çevrilməsin", - məlumatda qeyd edilib.

Seçilən
1
49
az.trend.az

10Mənbələr