AZ

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

ABŞ-də elektrik avtomobillərinin qeydiyyatına dair yeni məlumatlar göstərir ki, "Tesla"nın satışları aprel ayında 16% azalaraq 39 913 ədəd olub.

Valyuta.az xəbər verir ki, bu, şirkətin Avropadakı satış azalmalarından sonra ABŞ bazarında da zəifləməyə başladığını göstərir.

"S&P Global Mobility"nin məlumatına görə, aprel ayında ümumi elektrikli avtomobil qeydiyyatları illik müqayisədə 4,4% azalaraq 2024-cü ilin fevralından bəri ilk dəfə geriləyib. "Tesla"nın bütün modellərində satışlar azalıb, yalnız "Model 3" istisnadır. Şirkət bu durumu "Model Y"nin yeni versiyasına keçidlə əlaqədar istehsalın müvəqqəti dayandırılması ilə izah edib.

Məlumata görə, "General Motors"un "Chevrolet" markası 215% artımla ikinci yerə yüksəlib, "Ford" isə 33% azalma ilə üçüncü olub.

Avropada isə vəziyyət daha kəskindir. Apreldə "Tesla"nın Avropadakı qeydiyyatları 49% azalaraq 14 228 ədəd təşkil edib. Fransada may ayında 67%, İsveçdə isə 53,7% azalma qeydə alınıb.

Satışların azalması, İlon Maskın siyasi fəaliyyətləri və Donald Trampa açıq dəstəyi ilə əlaqələndirilir. Bu, ABŞ və Avropada bəzi alıcıların şirkətə olan münasibətini dəyişib. Eyni zamanda, "GM" və "Cadillac" kimi rəqiblər də bazar payını artıraraq "Tesla" üçün əlavə təzyiq yaradır.

Sərvanə Rəmixanova

Seçilən
11
valyuta.az

1Mənbələr