AZ

Lionel Messinin klublararası dünya çempionatı ilə bağlı gözləntiləri

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi klublararası dünya çempionatından gözləntilərini bölüşüb.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist Favian Renkel ulduz futbolçuya istinadən paylaşım edib.

"Maraqlı yarışdır. Orada iştirak etmək imkanının olması çox gözəldir. Mənim gözləntilərim digər komandalarda oynadığım vaxtlardan fərqlidir. Ən yaxşı klublarla rəqabət aparmaq və uğur qazanmaq fürsətini səbirsizliklə gözləyirəm", - Messi vurğulayıb.

Qeyd edək ki, iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək mundialda heyətlərində 81 ölkədən futbolçuların yer aldığı 32 komanda çıxış edəcək.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr