İsrail Müdafiə Qüvvələri cümə günü İranın bir neçə hərbi obyektinə genişmiqyaslı hücum həyata keçirib.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, Təbrizdə yerləşən İran Hərbi Hava Qüvvələrinə məxsus baza tamamilə məhv edilib.
İsrail ordusunun yaydığı məlumata əsasən, hücum zamanı İran rejiminin hava hücumundan müdafiə sisteminə aid onlarla hədəf vurulub. Hədəflər arasında Həmədan hərbi hava bazası, pilotsuz uçuş aparatları (PUA), yer-yer tipli raket buraxılış qurğuları da olub.
