AZ

"Mənimlə DÇ-ni qazanmış oğlanı milliyə baş məşqçi təyin etsəydilər, sevinərdim"

İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi Cennaro Qattuzonun yığmanın baş məşqçi postuna mümkün təyinatına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" belə çatdırıb:

"Niyə də yox? 2006-cı ildə dünya çempionu olmağımızdan çox vaxt keçib... Oyunçular olaraq, özümüzdən sonra gözəl xatirə qoyub getmişik. Bizlərdən biri məşqçilik edəndə də öz dəyərini nümayiş etdirir. Mənimlə DÇ-ni qazanmış oğlanı milliyə baş məşqçi təyin etsəydilər, sevinərdim. Biz gəncik, biz entuziazmla doluyuq".

Nihat

Seçilən
28
1
fanat.az

2Mənbələr