AZ

Tovuzda avtomobil beton maneəyə çırpıldı

TOVUZ, 14 iyun. TELEQRAF

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisərayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobilin maneəyə çırpılması nəticəsində sürücü Elşad Qəribov müxtəlif bədən xəsarətləri alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
11
teleqraf.com

1Mənbələr