Bakı. Trend:
İsrailin İran ərazisindəki strateji obyektlərə aviazərbələrendirməsi Yaxın Şərqi növbəti dəfə genişmiqyaslı regionalmüharibənin bir addımlığına gətirib çıxardı. Bu dəfə söhbət nəLivan, nə də Suriyadakı proksi-qruplardan yox, birbaşa iki dövlətarasında qarşıdurmadan gedir. Dünya nəfəsini içinə çəkib gözləyir.Lakin artan geosiyasi fırtınanın fonunda regionda bir ölkəsakitliyini, ardıcıllığını və təəccüb doğuracaq qədər təmkininiqoruyur - bu ölkə Azərbaycandır.
Rəsmi Bakının soyuqqanlı və rasional davranışı, yalnız diqqətləölçülmüş diplomatik bəyanatlarla pozulan sakitliyi informasiyaməkanında baş verən isterikadan kəskin şəkildə seçilir.
Azərbaycanın guya "İrana qarşı zərbələrdə iştirak etməsi" barədəabsurd və həyasız dezinformasiyalar nə qədər yüksək səslətirajlanırsa, bir o qədər də aydın olur: kimlərsə Bakını özgəmüharibəyə cəlb etməyə çalışır. Halbuki bu müharibənin Azərbaycanlaheç bir bağlılığı yoxdur.
... İyunun 12-dən 13-nə keçən gecə İsrail təyyarələri İsfahan vəBuşehr şəhərlərində yerləşən obyektlərə zərbələr endirdi.Reuters-in məlumatına görə, zərbələrin hədəfi İran İslam İnqilabıKeşikçiləri Korpusunun raket proqramı ilə bağlı obyektlər idi.Həmin gün İranda genişmiqyaslı internet kəsintiləri başladı, qismənsəfərbərlik elan olundu, Hərbi Hava Qüvvələri tam döyüş hazırlığıvəziyyətinə gətirildi. Eyni vaxtda İsraildə müdafiə naziri YoavQalant “Tel-Əvivin hər cür təhlükəni uzaq məsafədənneytrallaşdırmaq qabiliyyətini nümayiş etdirdiyini” bəyan etdi.
Zərbədən bir neçə saat sonra Rusiya və Ermənistanauditoriyalarına yönəlmiş Telegram kanalları eyni vaxtdaAzərbaycanın bu hücumlarda iştirak etməsi barədə “xəbərlər” yaymağabaşladılar.
“Sübut” kimi təqdim olunan “materiallar” arasında uydurma radarşəkilləri, montaj olunmuş videolar, Google Maps-dən götürülmüş vəüzərində “Azərbaycanda İsrail bazası” kimi qeydlər olan ekrangörüntüləri yer alırdı - xüsusilə Füzuli rayonuna istinad edilirdi.Halbuki bu materiallardan heç biri nə geolokasiya ilə, nə peykgörüntüləri ilə, nə də minimal məntiqi arqumentlərlətəsdiqlənmirdi. O da vurğulanırdı ki, sən demə, "Fizulidən səmayaqalxan İsrail təyyarələri İranın İsfəhan şəhərinə zərbələrendirir".
Belə sərsəm ittihamların fonunda sadə bir həqiqəti xatırlatmaqyetərlidir: Füzulidən İranın İsfahan şəhərinə qədər təxminən 800kilometr məsafə var. “The Aviationist” kimi nüfuzlu hərbi-aviasiyaanalitiklərinin də qeyd etdiyi kimi, İsrailin F-35 qırıcılarınınbelə bir əməliyyat üçün Azərbaycan infrastrukturuna ehtiyacı yoxdur- onların uçuş məsafəsi və havada yanacaq doldurma texnologiyası bucür hücumlara tam imkan verir. Azərbaycan ərazisindən istifadəsadəcə məntiqsiz deyil - həm də qeyri-effektiv və artıqdır.
Saxtakarlıqlar və marazm bununla bitmir. Anonim kanallardaAzərbaycan Hərbi Hava Qüvvələrinin guya İsrail təyyarələriniqorumaq məqsədilə havaya qaldırıldığına dair “şahidliklər”yayılır.
“Middle East Eye” ilə söhbətində hərbi analitik Conatan Şrayberbildirib ki, nə ABŞ-yə məxsus FlightRadar24, nə də İsrailin SkyLocksistemi daxil olmaqla heç bir müstəqil radar mənbəyi Azərbaycanaviasiyasının İran sərhədinə istiqamətlənməsini qeydə almayıb.
NATO-dakı mənbələr isə açıq şəkildə bildirirlər: “Azərbaycanınəməliyyatda iştirak etdiyinə dair bir dənə də olsun təsdiqlənmişfakt yoxdur. Belə iddialar dezinformasiya kampaniyasının tərkibhissəsidir”.
Bəs bu kampaniyanın kökləri haradan gəlir? Cavab olduqcabəsitdir. Son illərdə Azərbaycanı guya “İsrailin İrana qarşıforpostu” kimi təqdim etməyə çalışan erməni siyasi texnoloqları butipli süni, primitiv narrativləri dönə-dönə işə salırlar. Və buritorika daim aktual kontekstə uyğunlaşdırılır: 2021-ci ildə -“İsrail dronları”, 2023-cü ildə - “Laçında yəhudi hərbçilər”,2025-ci ildə - “İrandakı zərbələr Azərbaycan ərazisindənendirilib”...
Belə təbliğat səylərinə bəzi rus propaqanda resursları da fəalşəkildə qoşulurlar. Onlar üçün Azərbaycanın Avropa və ABŞ ilətərəfdaşlığı “Cənub sərhədlərində təhlükə” olaraq təqdim edilir.Azərbaycanı hibrid savaşın hədəfinə çevirmək - Cənubi Qafqazdaməğlub olan oyunçuların və Moskva ilə Tehrandakı revizionistqüvvələrin daha geniş təzyiq ssenarisinin bir hissəsinəçevrilib.
Regionda temperatur sürətlə yüksəldiyi bir zamanda Azərbaycanpraqmatizmə və neytrallığa üstünlük verir.
Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq“eskalasiyanı qətiyyətlə pislədiyini” və “tərəflər arasında fikirayrılıqlarının diplomatik yolla həllinə” çağırdığını bildirdi.Bəyanatda heç bir siyasi qiymətləndirmə və ya ittiham yoxdur -yalnız beynəlxalq hüququn normaları, mülki əhalinintəhlükəsizliyinə çağırış və aydın mesaj: Bakı bu qarşıdurmadaiştirak etmir.
Azərbaycan Yaxın Şərqi maraqların döyüş meydanı kimi görmür. Həmİsraillə, həm də İranla dost münasibətlərimiz var və biz bu balansıqorumaqda qərarlıyıq - kənar qüvvələrin bu tarazlığı pozmaqcəhdlərinə baxmayaraq.
Bu sözlər əməli fəaliyyətlə də təsdiqlənir. İranla fikirayrılıqlarına - o cümlədən Azərbaycandakı şiə icmalarına müdaxiləcəhdlərinə və Tehranın Qarabağda erməni qruplaşmalarınıdəstəkləməsinə baxmayaraq - Azərbaycan heç vaxt bu gərginliklərihərbi müstəviyə keçirməyib. Hətta 2023-cü ilin yanvarındaTehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktından sonrabelə, Bakı yalnız diplomatik addımlarla kifayətləndi və beynəlxalqstrukturlar çərçivəsində öz maraqlarını müdafiə etməyi seçdi.
Azərbaycanın xarici siyasətində unikallıq təşkil edən əsaskomponentlərdən biri onun həm İsraillə, həm də İranla paralelstrateji münasibətləri qoruyub saxlamasıdır. Bu, yalnız rəsmibəyanatlarda deyil, konkret iqtisadi, texnoloji və diplomatiknəticələrdə də öz əksini tapır.
İsrail Azərbaycanın hərbi texnologiyalar, aqrar yeniliklər vəkəşfiyyat məlumatları sahəsində əsas tərəfdaşlarından biridir.Təkcə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,1 milyarddolları ötüb, və “Jane’s Defence” ekspertlərinin fikrincə, “Spike”tipli yüksək dəqiqlikli silah sistemlərinin Azərbaycana tədarüküordunun modernləşdirilməsi üçün “əhəmiyyətli” olub.
Digər tərəfdən, İran bütün çətinliklərə baxmayaraq, Azərbaycanüçün mühüm qonşu və nəqliyyat tərəfdaşı olaraq qalır. “Şimal-Cənub”beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan AstaradanRəştə və oradan Qəzvinə qədər olan nəqliyyat magistralının yenidənqurulmasına 180 milyon dollardan çox investisiya yatırıb.Ölkələrimiz arasında logistikanın inkişafı siyasətdən kənarməsələdir.
Buna baxmayaraq, erməni və pro-rus mənbələrdən qaynaqlanan saxtanarrativlər informasiya məkanında dövr etməyə davam edir. Onlarbəzən regiondakı media orqanları, bəzənsə heç bir mənbəniyoxlamayan sosial media influenserləri tərəfindən təkrarlanır.
Rəsmi Bakı bu cür saxtakarlıqlara qarşı çevik və peşəkarreaksiya göstərən strateji kommunikasiya institutlarınamalikdir.
Medianın İnkişafı Agentliyi bu tip materialları “dövlətlərarasımünasibətləri pozmağa və milli-etnik qarşıdurmalar yaratmağayönəlmiş manipulyativ təxribat” adlandırdı.
Ölkənin hava məkanı tam şəkildə milli hava hücumundan müdafiəsistemləri ilə nəzarətdə saxlanılır və suverenlik rejimininpozulmasına yol verilməyib.
Azərbaycan niyə neytrallığını qoruyur və bu nə üçünəhəmiyyətlidir? Ölkəmizin unikal geosiyasi mövqedə yerləşəndövlətdir: o, eyni zamanda həm İranla, həm də Rusiya iləhəmsərhəddir, İsraillə isə dərin strateji tərəfdaşlıq münasibətləriqurub. Belə mürəkkəb geosiyasi arxitekturda neytrallıq zəiflikdeyil - yüksək səviyyəli diplomatik balansın təcəssümüdür. Bubalansı sadəcə bəyan etməklə deyil, davamlı şəkildə qorumaqla təminetmək lazımdır.
Son həftələrdə Bakı müxtəlif istiqamətlərdən təzyiq siqnallarıaldı.
“Al-Monitor”un məlumatına görə, ABŞ və Aİ diplomatikstrukturlarında Azərbaycanın “açıq şəkildə tərəf seçəcəyinəümidlər” ifadə olunub. Fəqət rəsmi Bakı bu çağırışlara cavabvermədi - və səbəb heç də hansısa tərəfin qəzəbindən çəkinməkdeyil. Səbəb rəsmi Bakının milli maraqlara əsaslanan müstəqilsiyasət yürütməsidir.
Azərbaycan dəfələrlə sübut edib ki, heç kimin siyasi forpostudeyil. O, heç bir geosiyasi blokun tərkibində hərəkət etmir vəregion ölkələrinin əksəriyyəti artıq birbaşa və ya dolayı şəkildəqarşıdurmaya cəlb olunmuşkən, Bakı azsaylı subyekt aktorlardan birikimi öz siyasi kursunu sərbəst müəyyən edir.
Bu yanaşma konkret addımlarla da təsdiqlənir: Azərbaycanərazisində heç bir xarici hərbi bazanın yerləşməsinə icazəverilmir, üçüncü ölkələrə qarşı yönəlmiş regional bloklaraqoşulmaqdan imtina edilir və yalnız ikitərəfli əsasda formalaşanhərbi-müdafiə alyanslarına üstünlük verilir. Məsələn, Türkiyə vəPakistanla hərbi-sənaye tərəfdaşlığı kimi. Bu isə Azərbaycanınnəinki neytral, həm də müstəqil, suveren və strateji düşünən birdövlət olaraq davranmasının bariz sübutudur.
2022-ci ildən etibarən Azərbaycan xarici siyasətində köklütransformasiyaya başlayaraq diqqətini nəqliyyat-logistikaarxitekturasının qurulmasına yönəldib. Bu strategiyanın əsasdayaqları Transxəzər marşrutu, Orta Dəhliz və “Şimal-Cənub” cənubqövsüdür. Bu layihələrin həyata keçməsi üçün əsas şərtlər sülh,sabitlik və proqnozlaşdırıla bilən mühitdir. İranla İsrail arasındabaş verən müharibə isə bu əsaslara - logistikaya, enerjitəhlükəsizliyinə, infrastrukturun bütövlüyünə və ümumi regionalsabitliyə birbaşa zərbədir.
Regionda hər hansı eskalasiya “Şərq-Qərb” dəhlizinin investisiyacəlbediciliyinə dərhal təsir edir. Təkcə 2025-ci ilin birincirübündə Azərbaycanın ərazisindən keçən tranzit yüklərin həcmi 3,8milyon tona çatıb - bu, TRACECA məlumatlarına əsasən rekordgöstəricidir. Belə bir kontekstdə ölkəni silahlı münaqişəyə cəlbetmək cəhdləri təkcə iqtisadi deyil, həm də imic və geosiyasibaxımdan birbaşa zərər deməkdir.
Bundan əlavə, Azərbaycan regionda bütün əsas oyunçularla - İran,İsrail, Türkiyə, ərəb ölkələri və Qərblə - işlək və etibarlıdiplomatik kanalları qoruyub saxlayan nadir ölkələrdəndir. Bu isəonu bu qarşıdurmanın tərəfi yox, mümkün vasitəçi statusunayüksəldir.
Yeni dezinformasiya dalğası Azərbaycanın nüfuzunu sarsıtmağayönəlmiş daha geniş kampaniyanın bir hissəsidir. Telegramplatformasında erməni proksiləri tərəfindən idarə olunan ən azı 17anonim kanal fəaliyyət göstərir və onların əsas məqsədiAzərbaycanın xarici siyasət kursunu gözdən salmaqdır. Bu kanallardatəkrarlanan tezislər arasında “sionizm”, “İrana qarşı aqressiya”,“ABŞ yönlü revanşizm” kimi absurd və manipulyativ iddialar yeralır.
İstifadə edilən metodlar 2020–2021-ci illərdə Qarabağla bağlıdezinformasiya cəhdlərindən fərqlənmir: saxta videolar, sünişəkildə artırılan abunəçi sayı, ivrit və fars dillərində atılmıştəxribatların sonra erməni və rus dillərinə “tərcümə” olunaraqyayılması. Lakin bu dəfə vəziyyət daha təhlükəlidir - çünki söhbətregional yox, qlobal aktorların da cəlb olunduğu mümküngenişmiqyaslı müharibədən gedir.
Azərbaycan neytrallığını qorumaqla təkcə qonşuluqmünasibətlərini deyil, həm də regional məsuliyyət nümunəsininümayiş etdirir. Bu, BMT Nizamnaməsinin prinsiplərinə uyğundavranış modelinin nadir təcəssümüdür - bir çox ölkələrinbeynəlxalq hüquqa yalnız öz maraqlarına uyğun olduqda istinadetdiyi bir vaxtda.
"International Crisis Group"un analitik təhlilində də vurğulanırki, “Azərbaycanın mövqeyi region ölkələri üçün model ola bilər:ölçülülük, özgə müharibələrdən kənarda qalmaq, suveren maraqlarasöykənmək və diplomatik kanallara üstünlük vermək”.
Bu strategiyada Bakının ardıcıl siyasi xətti xüsusi yer tutur.Onun çıxışları sadəcə şüar yox, hüquqi və siyasi baxımdan dəqiqformullardır. “Azərbaycan heç vaxt qonşulara qarşı hücum üçünplatforma olmayacaq” bəyanatı sadəcə söz deyil - ölkənin beynəlxalqmünasibətlər sistemində öz yerini bu çərçivədə müəyyən etməsininifadəsidir.
Yaxın Şərq yanır. Suriya - döyüş meydanıdır. Livan - uçurumunkənarında. Yəmən - xarabazardır. İran - panikadadır. İsrail - döyüşrejimindədir. ABŞ - silah göndərir. Rusiya - xaosdan faydalanmağaçalışır. Çin - gözləmə mövqeyindədir. Belə vəziyyətdə Azərbaycanpraqmatizmin və diplomatik aydınlığın adasıdır. Bu, nadir haldır.Və məhz bu nadirlik onu münaqişədən bəhrələnmək istəyənlər üçün buqədər qıcıqlandırıcı edir.
Azərbaycanı özgə müharibəyə sürükləmək cəhdləri davam edəcək.Amma onlar iflasa məhkumdur.
Çünki Bakı bu oyunda siyasi iradəyə, strateji məntiqə və ənönəmlisi - xalqın dəstəyinə sahibdir.
Nə bir saxta skrinşot, nə də bir Telegram isterikası budayaqları sarsıda bilməz.