AZ

İsrail qarşısında aciz qalan İran digər dövlətləri bu münaqişəyə cəlb etmək istəyir

İsrail və İran arasında hərbi münaqişə qlobal nəticələrə malik genişmiqyaslı müharibəyə çevrilmək təhlükəsi yaradır. İran açıq şəkildə bəyan edib ki, İsraili dəstəkləyən bütün ölkələrin hərbi bazalarına hücum edəcək. İranın bundan məqsədi İsrail qarşısında acizliyini ört-basdır etməkdir. Belə ki, İranın yüksək rütbəli rəsmisi CNN telekanalına müsahibəsində bildirib ki, İran İsraili İranın hərəkətlərindən qorumağa çalışan istənilən ölkənin hərbi bazalarına hücum etməyə hazırdır. Rəsmi qeyd edib ki, İran beynəlxalq hüquqa uyğun olaraq bu rejimə qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır".

Rəsmi həmçinin xəbərdarlıq edib ki, münaqişəyə İsrail tərəfdən müdaxilə edən istənilən dövlət İranın regional hərbi obyektlərinə və bazalarına zərbələr endirmək hədəfinə çevriləcək. Bu bəyanat regionda gərginliyi artırır və münaqişənin birbaşa iştirak edən tərəflərdən kənarda mümkün genişlənməsindən xəbər verir. Aydındır ki, ilk zərbəni Amerika Birləşmiş Ştatlarının bölgədəki hərbi obyektlərinə endirəcək. Belə ki, ABŞ İsrailə raketdən müdafiə sistemlərində güclü dəstək verir. Xüsusilə, İsrail ölkəyə atılan raketlərin qarşısını almaq üçün “Dəmir günbəz” kimi Amerika sistemlərindən istifadə edir.

Bundan əlavə, əməkdaşlığın bir hissəsi olaraq ABŞ İsrailə texnoloji dəstək, kəşfiyyat məlumatlarının mübadiləsi və bəzi hallarda əlavə ələ keçirən raketlər üçün müraciətlərlə də kömək edə bilər. Bununla belə, ABŞ-ın İsrailin müdafiəsi üzrə birbaşa hərbi hərəkətləri, xüsusən də raketləri vurması hələ rəsmi təsdiqini tapmayıb - müdaxilələrin əksəriyyəti İsrailin raket əleyhinə sistemlərinin köməyi ilə həyata keçirilir. İranın ABŞ-dan əlavə müxtəlif bəhanələrlə "İsrailə yardım edən dövlətlər"ə zərbələr endirəcəyi də istisna edilmir. Tehran rejimi bununla şou düzəldərək ölkə daxilindəki itmiş nüfuzunu bərpa etməyə baş vura bilər. İranın belə cəhdləri onun beynəlxalq aləmdə və regionda təklənməsinə gətirib çıxarararaq Tehrana qarşı beynəlxalq koalisiyanın yaranmasına səbəb ola bilər.

Bunu siyası müşahidəçilərin açıqlamaları da sübut edir. Məsələyə münasibət bildirən politoloq Rasım Musabəyov deyib ki, İranın indiki vəziyyətdə verdiyi hər hansı açıqlamanı ciddi qəbul etməyə dəyməz, Politoloqun sözlərinə görə, İranın İsraili müdafiə edən hər hansı ölkəyə hücum etməsi onun özünü baş ağrısına çevrilə bilər.

Bütün hallarda İranın vəziyyətdən çıxış yolu axtardığı göz qabağındadır. Hər halda İranın İsrailə qarşı Rusiyadan dərhal hərbi yardım istəməsi faşist Tehran rejiminin acizliyinin və məğlub olacağını başa düşməsu hesab edilə bilər. Rusiyaya gəlincə, Moskva özü də üzdə İranı dəstəklədiyini nümayiş etdirsə də Tehranın nüvə silahı əldə etməsini istəmir. Çünki İranın nüvə silahı əldə etməsi Rusiyanın MDB və yaxın Şərqdəki təsirini sıfıra endirərək bölgədə özünə daha güclü bir düşmənin ortaya çıxmasına səbəb ola bilər. Üstəlik Rusiyanın başı Ukrayna münaqişəsinə qarışıb və Moskva istəsə belə İranın şovinist fars rehiminə yardım edə bilməyəcək. Eyni sözləri Çin haqqında demək olar. MDB məkanında, xüsusilə Mərkəzi Asiyada təsir dairəsi uğrunda mübarizə aparan Çin üçündə İranın nüvə silahı əldə etməsi arzuedilən deyil. Bu baxımdan İran çətin ki, İsraili dəstəkləyən dövlətlərə zərbələr endirməklə açizliyini ört-basdır edə bilsin.

Əziz Mustafa

Seçilən
8
1
oxumeni.az

2Mənbələr