AZ

273 min suriyalı Vətənə dönüb

Ötən il dekabrın 8-dən bu günə qədər Türkiyədən Suriyaya könüllü geri dönənlərin sayı 273 mini keçib. Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mediaya açıqlamasında bildirib.

O deyib ki, Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayan suriyalıların yeni formalaşan Suriyaya təhlükəsiz, ləyaqətli və könüllü şəkildə geri qayıtması ölkəsi üçün çox önəmlidir.

Bu istiqamətdə Türkiyənin dövlət və özəl sektoru, eləcə də vətəndaş cəmiyyətinin əməkdaşlığını yüksək qiymətləndirən Yılmaz bunun, eyni zamanda, beynəlxalq əməkdaşlıq modeli olduğunu vurğulayıb: “Təəssüf ki, bu gün dünyada ən böyük problemlərdən biri miqrasiyadır və bu mövzuda Türkiyə dünyaya nümunə göstərilə biləcək bir modeldir. İndi fərqli bir mərhələyə daxil olmuşuq və bunun nəticələrini görürük”.

Suriyalıların vətənlərinə qayıdış prosesinin Türkiyənin başlatdığı “Sülh çeşməsi”, “Zeytun budağı” kimi antiterror əməliyyatları ilə formalaşdırdığını qeyd edən vitse-prezident o tarixdən bu günə qədər 1 milyondan çox suriyalının ölkəsinə geri qayıtdığını bildirib.

XQ

Seçilən
5
xalqqazeti.az

1Mənbələr