Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İyulun 1-dən Rusiyada elektrik enerjisi tarifləri orta hesabla 12,6% bahalaşır.
“AzPolitika” xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.
Rusiya Dövlət Dumasının deputatı Yuri Stankeviçin sözlərinə görə, 2042-ci ilə qədər generasiya qurğularının tikintisi və təmiri üçün 40 trilyon rubldan çox, elektrik şəbəkəsinin inkişafı üçün isə daha 16 trilyon rubl lazımdır. Buna görə də ölkə əhalisi üçün elektrik enerjisinin qiymətləri artır.
Deputat etiraf edib ki, qiymət artımına dövlətin maliyyə problemləri səsbəb olub: “Nə əhali, nə də biznes tarif artımının dayanacağını gözləməməlidir. Rusiyalılar ucuz resurslar haqqında narrativləri unutmalı və onları rasional istehlak etməyə başlamalıdırlar”.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.