AZ

Məktəblərdə “Son zəng” çalındı

BAKI, 14 iyun. TELEQRAF

Bu gün ölkənin ümumtəhsil məktəblərini başa vuran şagirdlər üçün “Son zəng” çalınıb.

Teleqraf xəbər verir ki, 2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur.

Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 33 517 nəfər bitirir.

İşğaldan azad edilən ərazilərdəki məktəblərdə isə 84 nəfər məzun olur.

Qeyd edək ki, “Son zəng" tədbirində 1-ci sinif şagirdləri və məktəbdə təhsil alan 11-ci sinif şagirdlərinin valideynləri, təhsil idarəetmə orqanlarının nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər iştirakına icazə verilib.

Seçilən
2
teleqraf.com

1Mənbələr