Bu gün ölkənin ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.
"Report" xəbər verir ki, 2024-2025-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 minə yaxın şagird məzun olur. Onlardan təqribən 54 mini qız, 58 mini isə oğlandır.
Bu il həmçinin 158 min 539 şagird IX sinfi, 134 min 600 şagird isə birinci sinfi bitirir.
“Report” paytaxt məktəblərində keçirilən “Son zəng” mərasimlərindən fotoları təqdim edir:
Foto: Samirə Həsənova