AZ

İsrail ordusu İranın növbəti hücum dalğası başlatdığını elan edib

İran İsrail ərazisinə qarşı yeni raket hücumu həyata keçirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

"İMQ müəyyən edib ki, İrandan İsrail Dövlətinin ərazisinə doğru raketlər buraxılıb. Müdafiə sistemləri təhdidləri qabaqlamaq üçün işləyir”, – məlumatda qeyd olunub.

Əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb.

"Siz <...> növbəti bildirişə qədər orada qalmalısınız. Sığınacaqlardan çıxmağa yalnız konkret göstərişlər alındıqdan sonra icazə veriləcək”, – ordunun mətbuat xidməti vurğulayıb.
Seçilən
6
7news.az

1Mənbələr