sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
CSKA Fabio Kannavaronu baş məşqçi postuna dəvət etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə italyan insayder Canluka Di Marsio sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 51 yaşlı italiyalı mütəxəssis Moskva klubunu çalışdırmağa isti yanaşır.
Qeyd edək ki, İtaliya millisinin sabiq müdafiəçisi və "Qızıl top"un sahibi bundan əvvəl "Udineze", "Benevento", Çin və Səudiyyə Ərəbistanı klublarını da çalışdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.