AZ

Rusiyanın oğurladığı təyyarələrə görə 1 milyard dollardan çox pul ödənildi...


London Ali Məhkəməsi İrlandiyanın AerCap şirkətinə Ukraynaya genişmiqyaslı işğalın başlanmasından sonra Rusiyada ilişib qalan təyyarələrə dəymiş ziyana görə,1,03 milyard dollardan çox təzminat ödənməsi haqda qərar verib. AerCapa veriləcək təzminatın məbləği Britaniya məhkəməsi tərəfindən indiyə qədər verilən ən böyük təzminatlardan biri olub. Səsli-küylü məhkəmə prosesindən sonra məhkəmə sığortaçılarlamilyard dollarlıq hüquqi mübahisədə lizinq şirkətlərinin xeyrinə qərar verib. AerCap-ın 2024-cü ilin oktyabrında 3,4 milyard dollarlıq ilkin iddiası 2 milyard dollaradək azaldıldı. İşdə digər icarəçilərin iddiaları yüz milyonlarla dollar təşkil edir.
Hakimin verdiyi qərarda həmçinin qeyd edilir ki, Aİ və ABŞ-ın tətbiq etdiyi sanksiyalariddiaçılara Rusiya aviaşirkətlərinə icarəyə verilmiş təyyarələrin itkisinə görə kompensasiya ödənilməsinə mane olmur. Mart ayında Putin Rusiya aviaşirkətlərinə xarici təyyarələri xarici sertifikat olmadan icarəyə götürməyə icazə verən qanunu imzalayıb. Eyni zamanda məlum olub ki, Rusiya xarici icarəyə verənlərə məxsus və ya xarici reyestrlərdə qeydiyyatda olan 800-ə yaxın təyyarəni öz reyestrinə keçirib. 2022-ci ilin iyununda Washington Post qəzeti Rusiya aviaşirkətlərinin icarəyə götürdüyü təyyarələri geri qaytarmaqdan imtina etdiyi barədə yazmışdı. 2022-ci il aprelin ortalarında Avropa Komissiyası Rusiyanın 20 aviaşirkətini hava təhlükəsizliyinin qara siyahısına salıb. 2022-ci ilin oktyabrında dünyanın ən böyük lizinq şirkəti Rusiya tərəfindən oğurlanan təyyarələrlə bağlı 3,5 milyard dollarlıq iddia qaldırıb.

Surxay Əliyev

Seçilən
25
baki-xeber.com

1Mənbələr