AZ

50 milyon funta satışa çıxarılıb Alan yoxdur

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Mançester Citi" Cek Qrilişi 50 milyon funta satmaq istəyir, ancaq konkret təklif yoxdur.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə "The Guardian" yazır.

Mənbənin yazdığına görə, "şəhərlilər" 29 yaşlı britaniyalının satışından təxminən 50 milyon funt-sterlinq əldə etmək istəyirlər. Hələlik yarımmüdafiəçiyə təklif gəlməyib.

Satışı çoxdan gündəmdə olan Qrilişin icarəyə verilməsi də nəzərdən keçirilir. Daha əvvəl futbolçu ilə "Napoli", "Everton" və "Bayer"in maraqlandığı bildirilirdi.

"Mançester Siti" Qrilişi iyunun 15-də ABŞ-də başlayacaq Klublararası dünya çempionatı üçün heyətə daxil etməyib.

Yarımmüdafiəçi ötən mövsüm 32 oyuna çıxıb, üç qol vurub və beş məhsuldar ötürmə edib. Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
oxu.az

3Mənbələr