AZ

İran və İsrail neft bazarına necə təsir edir? - “Qiyməti yüksələcək”

“Bütün bazar iştirakçıları İran və İsrail arasında baş verənləri yüksək emosiya ilə izləyir. Onlar partlayışları, dağıntıları görür və bütün bunları neftin qiymətində əks etdirirlər”.

Bu sözləri "Yeni Sabah"a enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, hazırki situasiya bazarları gərginlikdə saxlayır:

“Hələlik qiymətlərdə fəlakətli artım görmürük. “Brend” markalı neft 78.5 dollara satılırdı. Sonradan isə 75 dollaradək eniş etdi. Ancaq son 2 ayda bu ən yüksək satış qiymətidir.

Əsas məsələ odur ki, İsrailin hücumları zamanı İranın hər hansı neft infrastrukturu ciddi zərər görməyib. Dünya, o cümlədən qlobal bazar iştirakçıları İranın İsrailə cavabını gözləyəcək. Bax, məhz bu situasiya bazarları gərginlikdə saxlayır”. 

Ekspert vurğulayıb ki, gərginlik zirvəyə çıxdıqca, neftin qiyməti yüksək olacaq:

“Baş verənlərə dəqiq proqnoz vermək mümkün deyil. Hamı gözləyirdi ki, İranla ABŞ danışıqlar aparır və münasibətlər müsbətə doğru dəyişəcək. Amma birdən-birə İsrail İrana olduqca şiddətli hücumlar etdi.

İndi hər şey ola bilər. gərginlik zirvəyə çıxdıqca, neftin qiyməti yüksək olacaq. Yox, əgər baş verən hərbi toqquşma neftin alqı-satqısına ciddi zərər vurmayacaqsa, qiymətlər elə öz məcrasında qalacaq.

2022-ci ildə Ukraynada baş verənlərin fonunda, martda neftin qiyməti 139 dollara qədər artdı. Daha sonra isə eniş etdi. Rusiya-Ukrayna müharibəsi hələ də davam edir, hərçənd neftin qiyməti son 2 ayda 65 dollar ətrafında dəyişir”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
7
2
yenisabah.az

3Mənbələr