Bakı, 14 iyun, AZƏRTAC
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar gecə saatlarında Tehran ərazisində onlarla müxtəlif hədəflərə, o cümlədən İranın hava hücumundan müdafiə infrastrukturuna hücum ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Tehran ərazisində İran rejiminin hava hücumundan müdafiə imkanlarını sıradan çıxarmaq səyləri çərçivəsində gecə ərzində onlarla hədəfi, o cümlədən yer-hava raket infrastrukturunu vurub”, - deyə məlumatda bildirilir.