İranın dövlət nəzarətindəki kütləvi informasiya vasitələrində Kəşfiyyat Nazirliyi tərəfindən ələ keçirildiyi bildirilən pilotsuz uçuş aparatları daşıyan nəqliyyat vasitələrinin fotoşəkilləri nümayiş etdirilib.
APA-nın xəbərinə görə, onların paytaxt Tehrana yönələn təhlükənin qarşısını almaq məqsədilə keçirilən əməliyyat zamanı ələ keçirildiyi açıqlanıb.