“Real” gözlənilən transferi rəsmiləşdirib.
“Marca” qəzetinin yaydığı xəbərə görə, Franko Mastantuono Madrid klubu ilə müqavilə imzalayıb. “River Pleyt”dən gələn argentinalı futbolçusu ilə reallaşan sözləşmənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Franko Klublararası Dünya Çempionatına “River Pleyt”in heyətində yollanacaq. Mastantuono Madrid klubuna 18 yaşını tamamladıqdan sonra - avqustun 15-də yollanacaq. “Real”ın bu transfer üçün 45 milyon avro ödəyəcəyi də bildirilir.
Franko bu mövsüm “River Pleyt”də 19 oyuna 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta