Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov bu gün "Rizin"də növbəti döyüşünə çıxacaq. 

Offsideplus.az xəbər verir ki, "Landmark 11" yarışının əsas döyüşündə idmançımız 71 kq. çəki dərəcəsində yaponiyalı Şuya Kimura ilə üz-üzə gələcək.

 Məhəmməd Həsənzadə isə yerli idmançı Tatsuya Ando ilə qarşılaşacaq.

Döyüşlər Bakı vaxtı ilə saat 22:00-dan start götürəcək və Yaponiyadakı "Manouçi Sekisui Arena"da təşkil ediləcək.