BAKI, 14 iyun. TELEQRAF
İranın hava hücumundan müdafiə qüvvələri ölkənin qərbində yerləşən Kirmanşah əyalətinin Dinəvər şəhəri yaxınlığında bir neçə hədəfi məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.
Məlumata görə, vurulan hədəflər barədə əlavə informasiya verilməyib.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.