"Brügge"nin yarımmüdafiəçisi Ardon Yaşari karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Milan" isveçrəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Blick" nəşri məlumat yayıb.
"Milan"ın idman direktoru İqli Tare yaxınn günlərdə "Brügge" ilə danışıqlara başlayacaq. A Seriyası nəhəngi 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün 35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Brügge" Ardon Yaşarini 2024-cü ilin yayında ölkəsinin "Lütsern" klubundan transfer edib. İsveçrə millisinin üzvü Belçika təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi