AZ

“MOSSAD İRANI OYUN MEYDANÇASINA ÇEVIRIB” “Hücum İranın öz içindən başlayıb”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail İranın nüvə və hərbi infrastrukturuna zərbə endirməklə tarixinin ən böyük əməliyyatlarından birini həyata keçirib. Amma ən təsirlisi odur ki, bu hücum havadan deyil, İranın öz içindən başlayıb. 

“AzPolitika” xəbər verir ki, “CNN”-in reportajında belə deyilir.

“İsrail təhlükəsizlik xidmətlərindəki mənbələrin məlumatına görə, Mossad xüsusi agentləri əvvəlcədən İrana sızaraq, qaçaqmalçılıq yolu ilə silah keçirib, əsas hava hücumundan müdafiə obyektlərinin yaxınlığında partlayıcılar yerləşdirib və pilotsuz təyyarələrin buraxılması üçün baza yaradıblar. Bu hərəkətlər kütləvi hava hücumu başlamazdan əvvəl İranın müdafiə sistemini iflic edib. Rəsmi məlumatlara görə, 100-dən çox hədəfi vuran hava əməliyyatında 200-dən çox təyyarə iştirak edib. İsrail xüsusi təyinatlıları tərəfindən çatdırılan yüksək dəqiqlikli silahlar Tehran yaxınlığında İranın yer-hava sistemlərini məhv etmək üçün istifadə edilib. Bunun sayəsində İsrail Hərbi Hava Qüvvələri demək olar ki, maneəsiz fəaliyyət göstərə bilib və bütün təyyarələr itkisiz bazaya qayıdıb”, - yazıda deyilir.

Qeyd olunur ki, əsas hədəflərdən biri iranlı hərbi komandirlər və alimlər, xüsusən də nüvə proqramı ilə məşğul olanlar olub: “Mənbələrə görə, İsrail kəşfiyyatı “İranın ürəyində”, xüsusən də paytaxt Tehranda fəaliyyət göstərib. Çoxsaylı sui-qəsd və partlayışlar İsrailin özü tərəfindən lentə alınıb və dərc edilib. Əməliyyat İsrail və Tehran arasında onilliklər ərzində kölgədə davam edən uzunmüddətli münaqişənin kulminasiya nöqtəsidir. 2007-ci ildən bəri Mossad dəfələrlə İranda nüvə alimlərinə, o cümlədən 2020-ci ildə öldürülən Möhsün Fəxrizadəyə qarşı sui-qəsdlər həyata keçirib. Həmçinin 2018-ci ildə agentlər Tehrandan bütöv bir nüvə arxivini - 55.000-dən çox səhifəni və 55.000 faylı oğurlayıblar. Son hücum həm də İranın nüvə proqramının əsas fiqurlarından olan Ferudin Abbasinin ölümünə səbəb olub. O, may ayında endirilən zərbələrin nüvə silahının hazırlanması qrafikinə təsir etməyəcəyini deyərək, əlavə etmişdi: “Çünki nüvə materialları yerin üstündə saxlanmır"”.

Vaşinqton İnstitutunun baş əməkdaşı Holli Daqres “CNN”-ə deyib: "Mossad illərdir İrana oyun meydançasına çevirib. Sui-qəsdlərdən tutmuş təxribata qədər bu kölgə müharibəsində İsrail həmişə üstün olub".

Yazıda xatırladılır ki, İsrailin son hücumdan əvvəl HƏMAS lideri İsmayıl Haniyə Qəzzada deyil, Tehranda öldürülüb. İsrail mənbələrinin məlumatına görə, partlayıcı qurğu onun qaldığı qonaq evinə qoyulub və lazım olan anda uzaqdan işə salınıb.

İran tərəfinin müdafiə və cavab tədbirləri ilə bağlı səs-küylü bəyanatlarına baxmayaraq, çoxsaylı təhlükəsizlik uğursuzluqları ciddi daxili zəifliklərdən xəbər verir: “Mossad-ın keçmiş rəis müavini Ram Ben Barakın dediyi kimi, İsrail kəşfiyyatının uğuru təkcə peşəkarlıqla deyil, həm də öz xalqının əksəriyyətinin rejimə nifrət etməsilə bağlıdır. Onilliklər boyu davam edən kölgəli fəaliyyətlərdən sonra Mossad əməliyyatları artıq ictimaiyyətə açıqlanır və İsrailin daha pərdə arxasında oynamadığını nümayiş etdirir”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr