AZ

İranda İsrailə aid dronlar ələ keçirilib

İranda İsrailə aid kamikadze dronları daşıyan maşınlar ələ keçirilib.

APA-nın xəbərinə görə, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Kəşfiyyat Nazirliyi tərəfindən ələ keçirildiyi bildirilən pilotsuz uçuş aparatları daşıyan nəqliyyat vasitələrinin fotoşəkilləri nümayiş etdirilib.

Məlumata görə, onların paytaxt Tehrana yönələn təhlükənin qarşısını almaq məqsədilə keçirilən əməliyyat zamanı ələ keçirildiyi açıqlanıb.

Səlahiyyətlilər ictimaiyyəti şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Seçilən
14
8
apa.az

9Mənbələr