Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxilolub.
FHN-in Mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və SulardaXilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupucəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdəbatma təhlükəsində olan 1999-cu il təvəllüdlü Əsədov PərvizFəxrəddin oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrətəhvil verilib.