AZ

“Bu, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır” Keçmiş deputat

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycan - İran və Azərbaycan - İsrail münasibətlərinin necəliyindən asılı olmayaraq İsrailin İrana raket və aviasiya hücumu, hərbi və mülki obyeklərin, o cümlədən Təbrizin və Azərbaycanın sərhədlərinə yaxın digər ərazilərin vurulması, mülki əhali arasında tələfat beynəlxalq hüquqa sadəcə hörmətsizlik yox, BMT üzvü olan bir dövlətə təcavüz və beynəlxalq xarakterli terror aktıdır”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş deputat, BDU Hüquq fakültəsinin müəllimi Qulamhüseyin Əlibəyli bildirib.

O, hesab edir ki, İranın cavabı zəif görünsə də, özünümüdafiə instiktindən irəli gəlir və tamamilə legitimdir: “Dünyanı yenidən öz aralarında bölmək iddiasında olan Rusiya və ABŞ-ın yaratdığı presidentlər - BMT üzvü olan dövlətlərin ərazilərini özlərinə qatmaq üçün min bir oyundan çıxmaq, o cümlədən hərbi təcavüz, boyun əyməyən dövlət başçılarının zorla dəyişdirilməsinə yönəlik fəaliyyət və s. son nəticədə dövlətlərarası münasibətlərdə təcavüz və terrorizmi şirnikləndirən amillərdir. Mövcud beynəlxalq təhlükəsizlik mexanizmi ölü mexanizmdir və rəhmətlik Əbülfəz Elçibəyin keçmiş SSRİ haqqında dediyi kimi: “Allahsız olduğu üçün basdıranı yoxdur””.

Hüquqşünas hesab edir ki, İrana münasibətdə hər hansı təcavüz və terror aktı Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır.

“Ona görə də türk dövlətləri arasında nəinki siyasi və iqtisadi münasibətlər, həm də hərbi və milli təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi, birgə müdafiə və təhlükəsizlik mexanizminin yaradılmasının sürətləndirilməsi günün tələbinə çevrilir. Məşhur “Türkün türkdən başqa dostu yoxdur!” deyimi həmişə öz aktuallığını saxlayır və saxlayacaq”, - keçmiş deputat vurğulayıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
azpolitika.info

1Mənbələr