ain.az bildirir, Bizimyol portalına istinadən.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr gecə ərzində Tehran ərazisində onlarla müxtəlif hədəflərə, o cümlədən İranın hava hücumundan müdafiə infrastrukturuna hücum edib.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü məlumat yayıb.
“Gecə ərzində İsrail Hərbi Hava Qüvvələri Tehran ərazisində İran rejiminin hava hücumundan müdafiə imkanlarına zərər vurmaq səyləri çərçivəsində onlarla hədəfi, o cümlədən yer-hava raket infrastrukturunu vurub”, - deyə məlumatda bildirilir.
İsrail Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar deyib ki, İsrail ordusu “onlarla yerdən havaya hədəf də daxil olmaqla yüzlərlə hədəfi vurub” və “İsrailin hava üstünlüyünü və İranda hərəkət azadlığını artıran bir sıra dəqiq zərbələr endirib”.
“Müharibə başlayandan bəri ilk dəfə olaraq, İsrail ərazisindən 1500 km-dən çox məsafədə İsrail Hərbi Hava Qüvvələri Tehran ərazisində hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib”, - deyə o əlavə edib. “İsrail Hərbi Hava Qüvvələrinin həm hücum, həm də müdafiə istiqamətində bütün cəbhələrdə fəaliyyətini davam etdirəcək”, - deyən Hərbi Hava Qüvvələri komandirinin açıqlamalarını ordunun mətbuat xidməti yayıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.