AZ

İsrail Hərbi Hava Qüvvələri: “1500 kilometrdən uzaq məsafədə yerləşən hədəflər vurulub”

İsrail Hərbi Hava Qüvvələri (SAXAL) Tehranda yerləşən bir sıra obyektlərə – o cümlədən İrana məxsus hava hücumundan müdafiə (HHM) infrastrukturuna zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

“Gecə ərzində İsrail Hərbi Hava Qüvvələri Tehranın ətrafında yerləşən onlarla hədəfə – o cümlədən “yer-hava” tipli raket sistemlərinin infrastrukturuna zərbələr endirib. Bu, İran rejiminin HHM imkanlarını zəiflətmək məqsədi daşıyır”, – deyə açıqlamada bildirilir.

İsrail Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar da bildirib ki, ordu yüzlərlə hədəfə, o cümlədən onlarla “yer-hava” raket sisteminə zərbələr endirib və dəqiq zərbələrlə İsrailin İrandakı hava üstünlüyünü, həmçinin hərbi manevr imkanlarını genişləndirib.

“Müharibə başlayandan bəri ilk dəfədir ki, İsrail ərazisindən 1500 km-dən çox uzaqlıqda yerləşən Tehranda HHM sistemləri hədəf alınır”, – deyə general əlavə edib.

O, İsrail Hərbi Hava Qüvvələrinin həm hücum, həm də müdafiə cəbhələrində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Digər tərəfdən, İranın “Tasnim” dövlət informasiya agentliyi Tehranın Mehrabad hava limanında baş verən partlayışın qırıcı təyyarələr üçün nəzərdə tutulmuş anqar yaxınlığında qeydə alındığını, lakin uçuş-enmə zolağı və infrastrukturun zərər görmədiyini bildirib.

Seçilən
16
50
editor.az

10Mənbələr