AZ

ÇAXAL: Gecə onlarla hədəfi vurmuşuq(VİDEO)

İsrail-İran münaqişəsi gərginləşməkdədir. İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL)mətbuat xidməti Telegram kanalında bildirib ki, İsrail gecə ərzində Tehran ərazisində onlarla hədəfə, o cümlədən hava hücumundan müdafiə infrastrukturuna hücum edib.


“İsrail Hərbi Hava Qüvvələri Tehran ərazisində İran rejiminin hava hücumundan müdafiə imkanlarını məhv etmək səyləri çərçivəsində gecə ərzində onlarla hədəfi, o cümlədən yer-hava raket infrastrukturunu vurub”, - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.



Tural

Seçilən
5
46
news365.az

10Mənbələr