AZ

İsrail-İran qarşıdurması Azərbaycan üçün də arzuedilən deyil



"İsraillə İran arazında yaranan qarşıdurma və ölkələrin müharibə vəziyyətinə gəlməsi Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan üçün arzuedilən deyil. İsrail-İran müharibəsinin Azərbaycana siyasi, sosial, humanitar təsirləri ola bilər. Ona görə də rəsmi Bakı bütün münaqişələr kimi Təl-Əviv-Tehran qarşıdurmasının da danışıqlar yolu ilə həllinin tərəfdarıdır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, müharibənin geniş vüsət alması hər şeydən əvvəl çoxminli qaçqın ordusunun yaranması və onların Azərbaycana pənah gətirməsinə səbəb ola bilər:

"Bildiyiniz kimi İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və İran-İsrail müharibəsi daha kəskin xarakter alacağı təqdirdə İslam Respublikasındakı soydaşlarımızın üz tutacaqları ölkə təbii ki, Azərbaycan olacaq. Bu isə öz-özlüyündə ölkəmiz üçün humanitar problemə yol aça bilər. Onların yerləşdirilməsi, ərzaq və digər zəruri avadanlıqlarla təmin edilməsi Azərbaycan üçün istər-istəməz çətinlik yaradar".

İctimai birlik sədri qeyd edib ki, sözügedən münaqişə Azərbaycana beynəlxalq münasibətlər sistemində də çətinliklər yaradacaq:

"İran bizim yaxın qonşumuzdur. Qeyd etdiyim kimi bu ölkədə 40 milyona yaxın azərbaycanlı yaşayır. İsrail də öz növbəsində müttəfiqimiz, yaxın tərəfdaşımızdır. Bu bir reallıqdır ki, müharibə vəziyyətində olan istənilən ölkə özünə beynəlxalq tərəfdaş axtarmağa çalışır. Bu baxımdan Azərbaycanın beynəlxalq platformalarda münaqişə dövründə hansı ölkəyə dəstək vermək məsələsi Bakı üçün çətinlik yaradacaq. Ancaq hesab edirəm ki, indiki halda Azərbaycanın ortaya qoyduğu mövqe daha səmərəli, hər iki tərəf üçün uyğundur. Yuxarıda qeyd etdiyim kimi Azərbaycan İran-İsrail qarşıdurmasının diplomatik yolla, danışıqlar vasitəsilə həllinin tərəfdarıdır".

Süleyman
Seçilən
11
1
newscenter.az

2Mənbələr