Bakı. Trend:
Orta Dəhlizin turizm sektorunda sərnişin daşımalarında roluolacaq. Orta Dəhliz üzərində qurulan bu dinamika həm yerləşməyə,həm iaşəyə, həm də turist daşımalarına öz töhfəsini verəcək.
Trend xəbərverir ki, bunu Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı iləbağlı keçirilən press-konfransda Dövlət Turizm Agentliyininsədrinin müşaviri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında turizmsektorunda başladılan yeni layihə həm Orta Dəhlizin, həm də İpəkYolunun işləməsidir.
K.Quluzadə həmçinin, Orta Dəhliz çərçivəsində turizm sahəsindədə məhsullar hazırlandığını bildirib:
“Türk dövlətlərinin xidmət qurumları birlikdə müəyyənmarşrutlar, xidmət paketləri üzərində işləyirlər. Bu, yeni turizmməhsullarının formalaşmasına gətirib çıxarır. Bununla yanaşı, İpəkYolu çərçivəsində hazırlanan məhsullar da bu dəhliz üzərindəkiölkələri əhatə edir”.