AZ

Polşa Baş naziri: İsrail-İran qarşıdurması qlobal müharibə təhlükəsini artırır

BAKI, 14 iyun. TELEQRAF

Polşa Baş naziri Donald Tusk İsrail və İran arasında artan qarşıdurmanın qlobal münaqişə təhlükəsini yaxınlaşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

O, Avropa və ABŞ-nin regiondakı gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün birgə addımlar atmağa çağırıb.

“İsrail və İran arasındakı qarşıdurma regional konvensional müharibəyə doğru irəliləyir və bu, dünyada genişmiqyaslı destabilizasiyaya səbəb ola bilər. İkinci Dünya Müharibəsindən bəri biz qlobal münaqişəyə bu qədər yaxın olmamışıq",- o qeyd edib.

Seçilən
17
teleqraf.com

1Mənbələr