“Mançester Yunayted” yeni mövsümdə hücum xəttini gücləndirmək istəyir.
Apasport.az “The Sun”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Viktor Qyökereş (“Sportinq”) və Viktor Osimhenlə (“Napoli”) maraqlanır.
Bu iki hücumçu uğrunda mübarizəyə digər Premyer Liqa klubları – “Arsenal” və “Çelsi” də qoşulub. 27 yaşlı Qyökereşin transfer dəyəri təxminən 75 milyon avro təşkil edir. 26 yaşlı Osimhenin qiyməti isə 70 milyon avro civarındadır.
“Mançester Yunayted” son mövsümdə Premyer Liqada uğursuz çıxış edərək turnir cədvəlini 15-ci pillədə başa vurub. Klub yeni mövsüm üçün heyəti gücləndirmək məqsədilə ciddi addımlar atmağa hazırlaşır.
Uolker addım-addım “Fənər”ə
“Napoli”dən növbəti transfer - RƏSMİ
Musleranın yeni komandası müəyyənləşib
Tudor daha 2 il “Yuventus”da - RƏSMİ
Argentinalı vinger “Real”da - RƏSMİ