AZ

Musleranın yeni klubu bəlli oldu

"Qalatasaray"dan ayrılan uruqvaylı qapıçı Fernando Muslera yeni iş yeri bəlli olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı qapıçı Argentinanın "Estudiantes" klubuna transfer olunub.

Muslera 1,5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Fernando 2011-ci ildən "Qalatasaray"da oynayırdı. O, "sarı-qırmızılar"la 8 dəfə ölkə çempionu, 5 dəfə Türkiyə Kuboku, 6 dəfə isə superkubokun qalibi olub.

Hüseyn
Milli.Az

Seçilən
30
1
milli.az

2Mənbələr