" Hazırda İrəvanda Azərbaycanın İran ətrafındakı vəziyyətdən istifadə edib Ermənistana hücum edə biləcəyi barədə məlumat yoxdur." Bunu “Azadlıq” radiosunun sualını cavablandıran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Sərhəddə qüvvələrin cəlb edilməsi ilə bağlı suala Qriqoryan belə cavab verib: "Bizim belə məlumatımız yoxdur. Mən bu eskalasiyanı qiymətləndirməyə tələsməzdim. Gəlin gözləyək, görək hadisələr necə inkişaf edəcək. Bundan sonra, düşünürəm ki, bu hücumun regional təhlükəsizliyə necə təsir edəcəyini qiymətləndirmək üçün bir qədər vaxt lazım olacaq", - Qriqoryan deyə bildirib.
Surxay Əliyev