ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İyunun 21-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək: “Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər. Proses eyni qaydada sentyabrın 12-dək davam edəcək.
Məktəbə hazırlıq qruplarının təşkili uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.