ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Günüm xəstəxanalarda reabilitasiya mütəxəssisləri ilə keçir”.
Bunu İdman.biz-ə Azərbaycan yığmasının qılıncoynadanı Anna Başta deyib.
Bir müddətdir reabilitasiya kursu keçən sablyaçı son durumunu açıqlayıb. O bildirib ki, artıq komanda ilə məşqlərə başlayıb: “Bir neçə həftədir reabilitasiya mərhələsindəyəm. Komandaya qoşulmuşam, artıq məşqçimizlə işləyirəm”.
Başta bərpa prosesini tez zamanda tamamlamaq üçün əlindən gələni etdiyini vurğulayıb: “Bu il istirahət edə bilmirəm. Hamı məzuniyyətdə olanda mən hazırlığın ən elementar mərhələsindəyəm. Burada protokola əməl etmək lazımdır. Hələlik harasa gedə bilmirəm. Təəssüf ki, peşəkar idmançılar üçün zədələr tam sağalmır, sadəcə onlarla yaşamağı öyrənmək lazımdır”.
Qeyd edək ki, martda Yunanıstanda keçirilən Dünya kuboku zamanı ayağından zədələnən Başta əməliyyat olunub.
Aytac Sahəd
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.