2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir.
Bu günə qədər 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, proses sentyabrın 12-dək davam edəcək: “Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər “mektebeqebul.edu.az” saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”.