
İtaliyanın “Yuventus” futbol klubu xorvatiyalı baş məşqçi İqor Tudorla müqaviləsini uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər davam edir və daha bir mövsüm uzadılması mümkündür.
Mütəxəssisin əvvəlki müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.
Qed edək ki, Tudorun 47 yaşı var və 2025-ci ilin martından “Yuventus”a rəhbərlik edir. 2024-cü ilin martından iyun ayına kimi o, İtaliya “Latsio”suna rəhbərlik edir. Xorvatiyalı İtaliyada “Udineze” və “Verona”, Türkiyədə “Karabükspor” və “Qalatasaray”, Xoorvatiyada “Hayduk” və Fransada “Marsel” klublarına da rəhbərlik edib.